Cümə, 17 May

İrəvanda "mitinq işi"nə görə 10 polis məsuliyyətə cəlb edilib

image

Ermənistanda bir neçə polisə qarşı cinayət işi açılıb. Xəbər verilir ki, bu barədə “Şərəfim var” fraksiyasının deputatı, parlamentin İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər komissiyasının rəhbəri Taqui Tovmasyan məlumat verib.

Onun sözlərinə görə, Buna səbəb İrəvanda keçirilən etiraz aksiyaları zamanı həmin şəxslərin arzuolunmaz əməllər törətməsidir. 10 polis əməkdaşının adının artıq bu işə salındığı qeyd edilir.

Yerli media yazır ki, Ermənistan Polisindən hesabat tələb edən deputata məlumat verilib ki, aprelin 18-dən indiyədək polis əməkdaşlarının vətəndaş itaətsizliyi aksiyaları zamanı əməlləri ilə bağlı 47 xidməti araşdırma aparılıb.

Xatırladaq ki, Ermənistan müxalifəti artıq bir aydır ki, İrəvanda Ermənistanın baş naziri Nikola Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Hökumətin əleyhdarları hesab edirlər ki, ölkə rəhbərliyinin siyasəti Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxarır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58